"Xoşbəxtlik Ehtimalımız" kitabından mənalı sözlər | Ziqmund Freyd (Sigmund Freud)

Zəif nöqtələrimizdən güclü cəhətlərimiz yaranacaqdır.

«Xoşbəxtlik Ehtimalımız», Ziqmund Freyd (Sigmund Freud)
 
  • Psixoanaliz əslində sevgi vasitəsilə müalicə etməkdir.
  • Sevgim mənim üçün dəyərlidir. Hətta o qədər dəyərlidir ki, sevdiyim şəxsdə özümü görmədikcə ondan əl çəkməyəcəyəm.
  • Sevildiyindən əmin olan insan necə də cəsarətli olur!
  • İlham pərilərim gəlməyəndə özüm onların yanına gedirəm.
  • Əxlaq – insanlar üçün nəzərdə tutulmuş yol-hərəkət qanunudur.
  • İnsanın özünə qarşı tamamilə dürüst olması çox yaxşı məşqdir.
  • Sevən insan qürurunu sındırır, təvazökar olur. Sevən insan narsistliyinin bir hissəsini, başqa cür desək, sevdiyinin yanında girov qoyur.
  • Məni döyən adama qarşı özümü asanlıqla müdafiə edə bilirəm; amma kimsə məni tərifləyəndə tamamilə müdafiəsiz qalıram.
  • Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir.

    "Xoşbəxtlik Ehtimalımız" kitabından mənalı sözlər | Ziqmund Freyd (Sigmund Freud)
 «Xoşbəxtlik Ehtimalımız» kitabından mənalı sözlər | Ziqmund Freyd (Sigmund Freud)

Bir insan harasa baxırsa, orada onun marağına səbəb olan nəsə var. Bir insan bir yerə heç baxmırsa, orada onun maraqlandığı şey mütləq var.

Xoşbəxtlik Ehtimalımız, Ziqmund Freyd (Sigmund Freud)
 
 
  • Lakin insanlar bu həyatda həqiqi dəyərə malik olan şeylərə layiqincə qiymət vermirlər.
  • Ehtiyatlı biznesmen bütün sərmayəsini bir işə yatırmaqdan necə çəkinirsə, ağlımız da xoşbəxtliyi tək mənbədən gözləməməyimiz üçün bizə xəbərdarlıq edir.
  • İnsanlar güclü bir fikri təmsil etdikcə güclü olurlar. Bu fikrə qarşı çıxanda isə qüvvədən düşürlər.
  • «Gör necə inkişaf etmişik! Orta əsrlərdə yaşasaydıq, məni mütləq yandırardılar; amma indi, sadəcə, kitablarımı yandırmaqla kifayətlənirlər.»
  • Şəkillərlə fikirləşmə — şüurluluğun çox nöqsanlı və qüsurlu formasıdır. Əslində bu cür düşünmə tərzi sözlər vasitəsilə həyata keçən düşünməyə nisbətən şüurüstü proseslərə daha yaxındır.
  • Unudulan düşüncələr haraya gedir?.
  • Həyat adlı oyunda ən böyük uduş ortaya qoyulmadıqca və ya elə həyatın özünü riskə atmadıqca həyatımız gün-gündən gücünü itirərək yoxsullaşacaq və axırda, belə demək mümkündürsə, amerikalılarda müşahidə etdiyimiz qadın-kişi münasibətləri kimi bəsit və səthi olacaqdır.
  • «Hara getsəm də, oraya məndən qabaq başqa bir şairin getdiyini görürəm.»
  • Kiməsə əvəzedilməz olduğunu hiss etdirsəniz, əvəz etdiyi ilk insan siz olacaqsınız.
  • Mədəniyyətin ilkin şərti ədalətdir.
  • Üzr istəmək sənin haqsız, qarşı tərəfin haqlı olması demək deyil. Verdiyin dəyərin şəxsi mənafeyindən yüksək olduğunu ifadə edir.
  • Doğrudur, oxşarlıqlar heç nəyi müəyyənləşdirmir; lakin insanı öz evindəymiş kimi hiss etdirə bilərlər.
  • İstədiyini əldə edə bilmirsənsə, əldə etdiyini istəyəcəksən.
  • Həm psixoloji, həm də bioloji mənada insanlarda nə xalis kişilik, nə də xalis qadınlıq vardır.
  • Nevroz – qeyri-müəyyənliyə dözə bilməmə xəstəliyidir.
  • Bir uşağın ehtiyaclarının içində ata himayəsi qədər güclü ehtiyacın olduğunu zənn etmirəm.
  • İnsanlar fikirləşdiklərindən daha əxlaqlı, lakin ağıllarına gəlməyəcək qədər əxlaqsızdırlar.
  • Həkimlik haqlı olaraq mühafizəkardır. Çünki insan həyatı amansız təcrübələr üçün uyğun material deyil.
  • «Hayatın məqsədi nədir» sualına təkcə din cavab verə bilər. Çünki bir məqsədi olan həyat ideyası ancaq dini sistemlərdə mövcuddur və təkcə onlara uyğun gəlir.
  • Bir insanın təhtəlşüur həyatı öz şüurundan xəbərsiz halda başqasının təhtəlşüur həyatı ilə əlaqəyə girə bilər.
  • Əzabların qarşısında ən aciz hala sevdiyimiz vaxt düşürük.
  • Bir gün keçmişə boylananda mübarizələr içində keçən illərinizin həyatınızın ən gözəl illəri olduğunu görəcəksiniz.
  • Bəşər övladının şiddətə meyilli olması anadangəlmə, müstəqil və daxili hissdir və mədəniyyətin qarşısını kəsən ən böyük maneələrdən biridir.
  • Əsrlər boyunca cavablanmayan və qadın ruhunun tədqiqatına dair otuzillik fəaliyyətimə baxmayaraq, mən hələ bu mühüm suala cavab tapa bilməmişəm: “Qadınlar nə istəyir?”
  • Bütün detalları ilə dinin həqiqi dəyərini təsbit etmək istəyən şəxs onun insanlar üçün hansı missiyaları daşıdığını mütləq nəzərə almalıdır. Din insanlara təkcə kainatın mənbəyi və xilqəti haqqında məlumat vermir, həmçinin onları həyatın keşməkeşlərindən qoruyacağına və heç nəyə baxmayaraq xoşbəxt edəcəyinə söz verir. Eyni zamanda hakim qüvvələr tərəfindən dəstəklənən bütün prinsiplərindən istifadə edərək, insanların düşüncə və davranışlarını istədiyi kimi yönləndirir.
  • İfadə edilməmiş hisslər heç vaxt ölmür; sadəcə, diri-diri basdırılır və sonradan daha qorxunc şəkildə təzahür edirlər.
  • İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsindən keçərkən uğursuzluğa düçar olmalarıdır.
  • Siz deyin, insan sahib olduğu maraq hissinin güclü cazibəsinə qapılmasaydı, dünyadakı nəsnələr arasında necə gözəl bir ahəng olduğunun fərqinə vara bilərdimi?
  • Sevilmək arzusu ilə alovlanan bir uşaq ana-atasının sevgisini bacı-qardaşları ilə bölüşmək istəmir. Bir müddətdən sonra başa düşür ki, xəstələnəndə ata-anası onun üçün narahat olur və həmin vaxt öz sevgilərini daha səxavətlə verirlər. Artıq uşaq ana-atasının sevgisini özünə cəlb etməyin yolunu tapmışdır və əlinə fürsət keçdikcə bundan istifadə edəcəkdir.

Ruhunun dərinliklərinə en və əvvəlcə özünü tanımağı öyrən. Bunu etdikdən sonra bu xəstəliyə niyə yoluxduğunu başa düşəcək və bəlkə də daha xəstələnməyəcəksən.

Xoşbəxtlik Ehtimalımız, Ziqmund Freyd (Sigmund Freud)
 

0 şərh